PDFВерсия для печати

Kapilyarlarin mualicesi

Dəridə arzuolunmaz damarlar nə deməkdir?


Bunlar xırda, lakin gözə çarpacaq dərəcədə görünən teleangioektaziyalardır, sadə dildə desək, bu və ya digər səbəbdən,dərinin xarici səthinə qədər gəlib çıxan ölçüsü böyümüş kapilyarlar, arteriolalar və venulalardır. Arzuolunmaz damarlar dərinin istənilən yerində meydana gələ bilər, adətən isə onlar ya üzdə, ya da ayaqlarda əmələ gəlir.

Bu problemin müvəffəqiyyətli həlli üçün, içərisində Nd:YAG – kristaldan ibarət olan lazer sistemləri daha çox maraq göstərir. ( alüminyum itriyum daşının neodimyumda münbitləşdirilməsi). Dəridə olan hər hansı konkret bir damarın və ya damarların aradan götürülməsi zamanı, adı çəkilən lazer tərkibi, şüalanmanı vacib parametrlərdə tez dəyişmək və geniş diapazonda seçmək imkanı verir: nəbzin davamiyyəti, onun enerji və gücünün zirvəsi,müxtəlif olan lazer ləkəsinin diametri.

Uzunluğu 1064 nm olan Nd:YAG lazer şüasının bədənə dərin təsirinin sayəsində, (0.7-1.0 sm), nəinki dəridaxili kapilyarlar və venoz şəbəkələr, həmçinin diametri 3-4 mm – dək olan dərialtı damarlar da aradan götürülür. Bu zaman dəri səthi əlavə olaraq 4-70 C – dək soyudulur, bu da daha güclü və uzun lazer impulslarından istifadə etmək imkanı verir.


Bizim köməyimizlə qeyri – estetik dərialtı damarlarlardan xilas olmağı qərara alan müştərinin nələri bilməsi lazımdır?

Konsultasiyadan əvvəl və ən başlıcası üzdə olan arzuolunmaz damarlara edilən təsirdən əvvəl, makiyajı üzdən tamamilə silmək lazımdır.

Menstruasiya zamanı bu proseduru etmək məsləhət görülmür.Prosedurun ağrısız və fəsadlarsız keçirilməsi üçün,müalicə etdiyimiz sahənin 4-7°С-dək soyudulması keçırilir. Üzdə arzuolunmaz tək damarların müvafiq qaydada aradan qaldırılması ilin istənilən vaxtında mümkündür, lakin ayaqda olan damar problemlərini oktyabr ayından aprelədək müaliciəsi aparılır.

Dəridə günəş yandırdığı sahələrdə və ya çimərlik ərəfəsində ayaq damarlarında laxtalanması prosedurunun aparılması arzuolunmazdır. İlkin lazer təsirindən damarlar və kapilyarlar 60-90% aradan qaldırılır. Üz sahəsində olan problemlərin lazer vasitəsi ilə təkrar prosedurunu bir aydan və ayaq dərisinin damarlarını bir ay yarım – üç ay arası təkrarlamaq olar.

Prosedurun bitməsindən dərhal sonra dərinin müalicə aparıldığı sahə şişkin görünür. Üz damar torlarının çox miqdarda aparılan prosedurdan sonra şişkinlik yaranır,lakin bir həfdə ərzində keçib gedir.

Müalicə aparılan dəri sahəsi xüsusi qayğı tələb etmir.


Ünvan:Bakı, Xəqani ticarət mərkəzi

 

Tel: 012-498-80-85





Bəner
Bəner