PDFВерсия для печати

Fotoepilyasiya

FOTOEPILYASIYA

Hələ 2-3 il əvvəl fotoepilyasiya çox geniş yayılmış xidmətlərdən biri idi. Hal hazırda fotoepilyasiya o qədər də tələb olunan epilyasiya növü sayılmır. Çünki lazer epilasiyası ilə müqaisə edəndə, fotoepilaysiya o gədər də yaxşı nəticə vermir. Lakin, zərif tükləri yox etmək lazımdırsa - fotoepilasya ən effektif prosedurlardan biridir. Düzdür, tam effekt əldə etmək üçün bir neçə dəfə prosedur təkranmalı olsa da, bu prosedurun effektliyi çox yüksəkdir.

NƏ ÜÇÜN ZƏRİF TÜKLƏR ÜÇÜN MƏHZ FOTOEPİLYASİYA ETMƏK LAZIMDIR?

Çünki, fərgli səbəblərdən olaraq, başqa metodlar (lazer epilyasiyası və ultrasəsli epilyasiya) yumuşaq , incə tüklərə qalib gələ bilmirlər.

Tükdə pigment varsa, lakin tük zərif olduqda, lazer epilyasiyasından bir fayda olmayacaq. Çünki, həmin tüklər diod və nedim lazer epilyasiyasında qırxılmalıdırlar, bu isə onları sərt və daha da tünd edir.

Ultrasəsli aparat da zərif saçları məhf edə bilmir. Çünki ultrasəsin “maqqaşı” nazik, zərif tükü götürə bilmir.

Fotoepilyasiya metodunun üstünlüklərindən biri də, ağrısızlıq, dərialtına qattalanan tüklərin əmələ gəlməməsi və cavanlaşdırma effektidir.

NƏ ÜÇÜN FOTOEPİLYASİYA LAZER EPİLYASİYASINDAN BAHADIR?

Çünkü fotoaparatın başlığının öz resursu lazer aparatının resursundan çox-çox azdır.

BU ÜSULUN MAHIYYƏTI

Fotoepilyasiya metodikasının əsas məsələsi və onun tüklərin folikullarının məhf etməsi qüvvətli işıqlandırma nəticəsində baş verir. Artıq 1 –ci prosedurdan sonra tüklər 30% azalır, qalan tüklər isə nazik və görünməz olurlar. Tüklərin təmizlənməsi ancaq tüklərin aktiv bitməsi zamanı (“anagen” mərhələsi) effektlidir. Bu mərhələdə isə dərinin üzərində eyni zamanda ancaq 20% tük mövcuddur. O tüklər, hansılar ki aktiv olmayan mərhələdədirlər, fotoepilaysiya zamanı məhv olunmayacaqlar. Buna görə də bütün tüklərin başdıqlarını məhv etmək üçün, bir neçə prosedur etmək lazımdir. Prosedurların sayı bədənin zonası və tüklərin xüsusiyyətindən asılıdır.

FOTOEPİLYASYA ÜÇÜN AVADANLIQLAR

Fotoepilyasiya üçün genişzolaqli işiq mənbəyi gərəkdir. Bu o deməkdir ki, cihazlar gərgin impulsiv, uzunluğu 515-120 hm dalğalı, genişzolzaqlı işiq burxırlar. BBL Broad Band Light (genişzolaqlı işıq) – ən yaxşı sistemlərdən biridir. BBL, Scition firması (ABŞ) istehsalı olan cihazda istilik sisteminin göy yaqut daşının temperaturunun yoxlanılması sistemindən istifadə olunur, bu da temperaturu 0o – 30o C dərəcəsində (1 dərəcəyə qədər dəqiqliyi ilə) kontrolda saxlamağa malikdir. Öz növbəsində bu sistem, pigmentli zərif tüklərin təhlükəsiz yox ediməsinə imkan yaradır.

FOTOEPILASIYAYA HAZIRLIQ

Qaralma və günəşlənmə fotoepilyasiya üçün məneçilik törədir!

Buna görə də, əsas qaydalar aşağıdakı kimidir:

· 2-3 həftə fotoepilyasiyadan əvvəl garalmamaq və solyariy qəbul etmək qadağandır

· Zərif saçları qırmaq lazım deyil.

· Tükələri 2-3 hətə epilyasiyadan qabaq dartmaq, götürmək olmaz.

· Həmin yeri 3 gün prosedurdan əvvəl spirt və spirti lasyonlara silmək olmaz.

· 2 həftə əvvəl tetrasklin sırasından olan antibiotiklərdən istifadə etmək qadağandır.

ƏKS GÖSTƏRIŞLƏR:

· Dəri xəstəlikləri – pullu dəmirov(psoriaz), ekzema

· Dəmirov aktiv fazasında olarkən.

· Hamiləlik.

· Onkoloji xəstəliklər.

· Tetrasklin sırasından olan antibiotiklərnən müalicə zamanı

· Şəkər xəstəliyinin dekompensiasiyalı formaları

PROSEDURDAN SONRAKI REJİM

· 2-3 həftə sonra garalmaq və solyariya getmək gqadağandır

· Dərini günəşdən qoruma kremlərindən istifadə etmək

· Çalışın hamam, saunaya getməyin, hovuzlarda çimməyin.

PROSEDURLARIN SAYI

· Xoşagəlməz saçlardan qurtulma müqddəti hər insan üçün fərdidir. Təxminən 4-8 prosedurdan sonra tüklər tam məhv olur.


 

 




Bəner
Bəner