PDFВерсия для печати

Mum epilyasiyasi

Mum epilyasiyasi

Mum epilyasiyası- ən sadə və effektli üsullardan biridir. Prosedur zamanı soyuq, ilıq və isti mumlardan istifadə olunur. Həmin mum tüklərin olduğu hər hansı bir zonanın üzərinə yaxılır və bir neçə saniyədən sonra sürətlə (birdən) qopardılır.

Bu üsul, tükün dartılıb qoparılması ilə əmələ gəlir, lakin tükün falikulu bu vəziyətdə zədələnmir. Bu prosedur o qədər də ağrılı deyil. Pasientin həssaslığından asılıdır.

Mum epilyasiyası ən qədim usullardan biridir. Amma baxmayaraq ki, kosmetologiyada yeni texnologiyalar əldə edilib, mum epilyasiyası öz yerini vermir.

18-35 yaşlı qadınlar arasında aparılan sorğulara görə mum epilyasiyası hələ də aktualdır.  Bu da ondan irəli gəlir ki, kimsə yeni texnologiyalara güvənmir, kim sə klassik metodlara üstünlük verir, kim isə prodedurlar ona ağrısız gəldiyi üçün başqa bahalı prosedurlara artıq xərc cəkmək istəmir.

Öz effektliyi, prosedurların ağrısız keçmətinə və yeni innovasiyalı texnologiyalarına baxmayaraq nə elektroepilyasiya nə də ELOS sistemləri heç bir zaman mum epilyasiyasının yerini tutmayacaqlar.

Öz “köhnəliyə” baxmayaraq mum epilyasiyası (və ya Bioepilyasiya) pir neçə üstünlüklərə malikdir: effetlik, tezlik, ucuz qiymət və dərinin zədələnməməsi.

ÜSTÜNLÜKLƏR

· Tükün rənginin və bərkliyinin fərgi yoxdur

· Tüklərin uzanmasını azaldır

· Hər bir dəri tipinə uyğundur

· Bu prosedur tüklərin naziyləşmə prosesinin stimullaşdırır

· Qiymətlərin yüksək olamamağı

Düzdür, mum epilyasiyasının efektliyi fərdi səbəblərdən asılıdır. Amma çox vaxt dəri 3-4 həftə hamar qalır, bu da  tətilə getmək üçün yaxşı hazırlıqdır.

Prosedur zonalardan aslı olaraq, 20 dəqiqədən 1 saatadək vax apara bilər. Amma siz daim bioepilyasiyanı edirsizsə prosedurlar daha da tez keçir.

Peşəkar mum epilyasiyası bizim mərkəzdə ixtisaslı kosmetoloqlar tərəfindən keçirilir. Dəqiqlik ilə aparılan bioepilyasiya dərinin zədələnməsinə imkan vermir.

Adətən, təbii yüngül qızarma bir neçə saatdan sonra keçib gedir. Buna görədə hər hansı tədbirə hazırlaşırsızsa, qormadan 1 gün qabaq bioepilyasiyanı edə bilərsiz. Ayda bir dəfə mum epilyasiya edənlərdə ağrıya qarşı oyrəşmə yaranır. Bundan əlavə də, tez tez qopardılan tüklər zəyifləşməyə başlayırlar. Bir neçə vaxtdan sonra isə nazik və seyrək olurlar.

Mum epilyasiyasının əks göstərişləri çox azdır. Onlardan ən əsasları –şəkər xəstəlikləri, venalarının varikoz genişlənməsi, qanın laxtalanma prosesinin pozulması, dermotoloji xəstəliklər və fərdi xüsusiyyətlər.

Mum epilyasiyasına olan qiymətlər başqa epilyasiyalarla fərqli olaraq qat qat aşağıdır. Ola bilər ki, siz fikirləşirsiz ki, hamar dəri qurban tələb etsə də,amma bu qədər də yox. Amma yeni müasir vasitələr sizin ağrılarınızı yox dərəcəsinə gətirər, demokratik giymətlər isə cibinizə qənayət edər.

ƏKS GÖSTƏRİŞLƏR

· Şəkər

· Dərinin zədələnməsi

· Varikoz

· Dəri xəstəlikləri

· Dəridə xoşxassəli törəmələr

PROSEDURDAN ƏVVƏL

· Prosedur zamanı tükün uzunluğu ən azı 5 mm olmalıdır, buna görəd də depilyasiya üsullarından istifadə etmək lazım deyil.

PROSEDURDAN SONRA

· Sakitləşdirici vasitələrdən istifadə etməyiniz məsləhtlidir (pantenol, prisipka, talk)

· Epilyasiya olan zonanı tərkibində spirt olan vasitələrlə silmək olmaz.

· Prosedurdan sonra 1-2 gün hovuza, dənizə və s. getməmək tövsiyə olunur.


 




Bəner
Bəner